Новости
AMEA və Fransanın Monpelye Universiteti birgə doktorantura proqramı elan edir
Мая 06, 2021 | 11:00 / Конференции, собрания
Прочитано 2303 раз (-а)

Azərbaycan Milli Elmlər Akademiyası və Fransanın Monpelye Universiteti arasında imzalanmış Əməkdaşlıq haqqında Çərçivə Sazişi əsasında növbəti birgə doktorantura proqramı elan olunur.

Doktorantlar, eyni zamanda AMEA və Monpelye Universitetinin doktorantı kimi qeydiyyatdan keçiriləcək və hər iki təşkilatdan elmi rəhbərlə təmin ediləcək. Proqramın şərtlərinə əsasən, doktorantlar təhsil müddətinin 2 ilini Monpelye Universitetində və 1 ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görüləcəklər.

Müsabiqə üçün elan edilən mövzular:

˗ Role of the HSP90/R2TP chaperone in regulating protein condensates under carcinogenic stress conditions;

˗ Unravelling the role of noncoding RNA in gene regulation of malaria parasites;

˗ Genomic study and biocuration of antigen receptor loci in jawed vertebrate species involved in biotechnological research.

Müraciətlər 16 may 2021-ci il tarixinə qədər AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsi tərəfindən qəbul edilir.

Proqram haqqında ətraflı məlumat və ərizə formaları üçün Beynəlxalq elmi əməkdaşlıq şöbəsinə müraciət edilə bilər.

Tel.: (+994 50) 350 14 25 (Aytən Hüseynova)

E-mail: khasayeva.ayten@gmail.com, anasprojects45@gmail.com