Новости
AMEA Yüksək Texnologiyalar Parkının ərazisində abadlaşdırma işləri aparılır
Апр 19, 2021 | 15:04 / Важные события
Прочитано 2088 раз (-а)

AMEA-nın Yüksək Texnologiyalar Parkında ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin olunmasına hər zaman böyük önəm verilir. Bu məqsədlə ərazinin daha da gözəlləşməsi və müasirləşməsi istiqamətində müntəzəm olaraq abadlıq-quruculuq işləri aparılır. Parkda növbəti dəfə ərazinin abadlaşdırılması və təmir-bərpa işlərinə başlanılıb.

20 hektar sahəni əhatə edən ərazidə həyata keçirilən əsaslı abadlıq-quruculuq və yenidənqurma nəticəsində yaşıllaşdırma işləri genişləndirilir, yaşıllıqlara aqrotexniki qulluq göstərilərək yeni ağaclar, gül-çiçək kolları əkilir, budama aparılır. Bununla yanaşı, yaşıllığın qorunması üçün suvarma işləri həyata keçirilir. Həmçinin sahədə yerləşən binaların fasadlarının rənglənməsi, yol kənarı bardürlərin yenilənməsi, ərazinin tullantılardan təmizləməsi işləri görülür.

Qeyd edək ki, abadlaşdırma işləri çərçivəsində ərazidəki bütün işıq dirəklərinin müasirləşdirilməsi nəzərdə tutulur.