Новости
"Təbiətin beşinci qüvvəsi" tapılıb
Апр 09, 2021 | 13:00 / Интересная информация
Прочитано 2624 раз (-а)

Soyuducunun qapısına yapışdırdığımız maqnitdən tutmuş, basketbol halqasına tərəf uçan topa qədər bütün həyatımız fizika qanunlarına tabedir. Hər gün gördüyümüz bütün işlər qarşılıqlı əlaqələrin dörd fundamental kateqoriyasına tabe olur: elektromaqnit, güclü, zəif və qravitasiya qüvvəsi.

Dörd əsas qüvvə kainatdakı bütün cisimlərin və hissəciklərin qarşılıqlı təsirini təyin edir. 

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, BBC-nin məlumatına görə, Çikaqo yaxınlığında Batavia qəsəbəsinin laboratoriyasında aparılan "Muon g-2" təcrübəsi zamanı isə yeni – "təbiətin beşinci gücü"nün kəşf olunduğu düşünülür.

Məlum olub ki, "Muon"ların hissəciklərinin davranışı Standart modelə uyğun gəlmir, bu isə Yeni Fizikanın əlaməti sayılır.

Britaniya Elmi və Texnoloji Avadanlıq Şurası, təcrübələrin nəticələrinin indiyə qədər bilinməyən bir subatomik zərrəcik və ya yeni qüvvənin varlığına dair güclü dəlillər təqdim etdiyini açıqlayıb.

Təəssüf ki, "Muon g-2" təcrübəsinin nəticələri hələ birmənalı şəkildə tam bir kəşf elan etməyə əsas vermir. Bunun statistik bir səhv olma ehtimalı 1/40000-dir. Başqa sözlə, deyilən statistik əhəmiyyət səviyyəsi 4.1 sigmadır. Kəşfin tanınması üçün bu səviyyə 5 sigma olmalıdır.