Новости
“Vikipediya”nın alman dili bölməsində Azərbaycanla bağlı məqalələr zənginləşdirilir
Апр 07, 2021 | 13:00 / Интересная информация
Прочитано 2145 раз (-а)

“Qorduq” Vikipediya Metodik Klubunun təlimləri fəaliyyətini uğurla davam etdirir. Bir müddətdir ki, Alman-Azərbaycan Vikipediya Klubunun könüllüləri tərəfindən onlayn ensiklopediyanın alman dili bölməsində ölkəmizin tarixi, mədəniyyəti, memarlığı, görkəmli şəxsiyyətləri haqqında məqalələr yaradılır və yerləşdirilir.

Bu barədə Trend-ə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.

“Vətənpərvər və intellektual insanlardan ibarət komanda qısa müddət ərzində ortaya peşəkar iş qoyub. Könüllülər məqalələri etibarlı istinadlarla, mənbələrlə zənginləşdirirlər. Mövcud boşluqlar aşkar edilir və aradan qaldırılır. Klub Almaniyada yaşayan soydaşlarımızın təşəbbüsü ilə yaradılıb. Onlar, həmçinin “Vikipediya”nın alman dili bölməsində gedən müzakirələrdə iştirak edir, sualları cavablandırırlar. Klubun üzvləri bir müddətdir “Qorqud” Vikipediya Metodik Klubunun təşkil etdiyi onlayn “Vikipediya” təlimlərə də qatılırlar”, - deyə E.Eltürk bildirib.

 

Qeyd edək ki, “Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb.