Новости
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi Web of Science bazasına daxil olan nüfuzlu jurnalda jurnalda dərc olunub.
Апр 02, 2021 | 12:30 / Публикации
Прочитано 2124 раз (-а)

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri - akademik Dilqəm Tağıyev, professor Akif Əliyev, aparıcı elmi işçi Dünya Babanlı, böyük elmi işçi Vüsalə Məcidzadənin məqaləsi Web of ScienceScopus beynəlxalq bazalarına daxil olan jurnalda dərc olunub.

Tədqiqat işində etilen qlikol məhlulundan Fe3+ ionlarının sərbəst dəmirə elektrokimyəvi reduksiya prosesinin nəticələri öz əksini tapmışdır. Tsiklik və xətti polyarizasiya əyrilərinin çəkilməsilə elektroreduksiya prosesinin kinetikası və mexanizmi araşdırılmışdır. Həmçinin temperaturun, potensialın dəyişmə sürətinin və dəmir (III) ionlarının qatılığının elektroreduksiya prosesinə təsiri tədqiq edilmişdir. Effektiv aktivləşmə enerjisinin müşahidə olunan qiymətləri göstərir ki, araşdırılan elektroreduksiya prosesi qarışıq polyarizasiya ilə müşayiət olunur. SEM və rentgen-faza analizlərinin nəticələri, müəyyən edilmiş optimal şərtlər altında nazik Fe təbəqələrinin çökməsini təsdiqləmişdir.

Xatırladaq ki, dəmir ionlarının elektroreduksiya prosesinin tədqiqi gələcəkdə perspektivli fotoelektrik günəş elementlərinin istehsalında tətbiq edilə bilən FeS2 və FeSe2 əsasında nazik yarımkeçirici təbəqələrin elektrokimyəvi çökdürülməsi istiqamətində mühüm addımdır. 

Vusala Asim Majidzade, Akif Shikhan Aliyev, Mahmoud Elrouby, Dunya Mahammad Babanly and Dilgam Babir Tagiyev. Electrodeposition and Growth of Iron from an Ethylene Glycol Solution. Acta Chim. Slov. 2021, 68, 185–192. DOI: 10.17344/acsi.2020.6308