Новости
"CoronaVAC" xəstəxanaya yerləşdirilmənin qarşısını 100% alır
Мар 04, 2021 | 13:34 / Интересная информация
Прочитано 2111 раз (-а)

"Sinovac" şirkətinin istehsalı olan "CoronaVAC" peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb. 

Aztibb.az xəbər verir ki, vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib. 

Bundan başqa, sınağın nəticələrinə görə, "CoronaVAC" peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100% alır. 

Qeyd edək ki, Azərbaycanda da COVID-19-a qarşı "CoronaVAC" peyvəndi tətbiq edilir.