Новости
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrlərin attestasiyası keçirilmişdir
Фев 22, 2021 | 10:20 / Конференции, собрания
Прочитано 2061 раз (-а)

AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan I və II kurs magistrlərin attestasiyası keçirilmişdir. İclası İnstitutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, attestasiya komissiyasının sədri Məhəmməd Babanlı açaraq bildirdi ki, İnstitut rəhbərliyinin əmri ilə 19 fevral 2021- ci ildə attestasiya komissiyası yaradılmışdır. Bu gün I və II ikurslarda  təhsil alan magistrlərin il ərzində apardıqları elmi – tədqiqat işlərinin hesabatları dinləniləcək. 

Sonra magistrlər il ərzində gördükləri işləri əhatə edən hesabatları dinlənildi, onların çıxışları müzakirə edildi.

Komissiya İnstitutda təhsil alan magistrantların fərdi iş planları, qış imtahan sesiyasında topladıqları ballarla, apardıqları elmi-tədqiqat işləri ilə  tanış oldu.

Sonda komissiya üzvləri magistrların il ərzindəki elmi fəaliyyətlərini qənaətbəxş hesab etdilər və elmi işləri ilə bağlı onlara təklif və tövsiyyələrini verdilər.

Məlumat üçün bildirək ki, İnstitutda 6 ixtisaslaşma üzrə 17 magistr təhsil alır ki, onlardan 7 nəfəri I kurs, 10 nəfəri isə II kursdadır.

Qeyd edək ki, tədbir  xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq keçirilmişdir.