Новости
Фото
KQKİ-də fəaliyyət göstərən ED1.5 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir.
Фев 18, 2021 | 10:00 / Конференции, собрания
Прочитано 3151 раз (-а)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın Zoom Meetings platformasında iclası keçirilmişdir. Elmi seminarda BDU-nun doktorantı Qənbərova Günel Tapdıq qızının 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Nd-BV-Se (BV-Sb, Bi) üçlü sistemində kimyəvi qarşılıqlı təsirin tədqiqi və alınmış fazaların xassələri mövzusunda dissertasiya işininin təqdimatı olmuşdur. İclasda elmi seminarın 5 üzvü (distant və əyani formada), doktorantın elmi rəhbəri k.e.d., prof. F.M.Sadıqov və başqaları iştirak etmişlər. Dissertasiya işinin təqdimatı və geniş müzakirəsindən sonra elmi seminarın üzvləri tərəfindən keçirilən açıq səsvermənin müsbət nəticəsinə əsaslanaraq dissertasiya işi əsas müdafiəyə tövsiyə edilmişdir.