Новости
Birgə fəaliyyət planı müzakirə edilib
Фев 16, 2021 | 10:22 / Конференции, собрания
Прочитано 2036 раз (-а)

Fevralın 15-də AMEA Rəyasət Heyətinin Aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov Aparatın idarə və şöbə rəhbərləri, həmçinin Elmi bölmələrin elmi katibləri ilə növbəti görüşünü keçirib. Tədbirdə AMEA Rəyasət Heyəti aparatının idarə, şöbə və elmi bölmələrinin əməkdaşlığı üzrə nəzərdə tutulmuş fəaliyyət planının üçüncü - son müzakirəsi aparılıb.

Aparat rəhbəri Seyfəl Həsənov AMEA-nın idarə, şöbə və elmi bölmələrinin qarşılıqlı fəaliyyətinin əhəmiyyətini xüsusi vurğulayaraq görüləcək tədbirlərin böyük səmərə verəcəyini diqqətə çatdırıb. Bildirib ki, idarə, şöbə və elmi bölmələrin əməkdaşlığının genişləndirilməsi, nəzərdə tutulan birgə tədbirlərin həyata keçirilməsi Rəyasət Heyəti aparatının işinin daha da təkmilləşdirilməsinə stimul verəcək, icranın keyfiyyətini yüksəldəcək.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Xarici Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Elm və Təhsili İdarəsinin rəisi, iqtisad üzrə fəlsəfə doktoru Fail Kazımov, digər idarə və şöbələrin rəhbərləri, bölmələrin elmi katibləri çıxış edərək nəzərdə tutulan fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər. Çıxış edənlər belə formatda görüşlərin faydalı olduğunu xüsusi qeyd edərək təklif və mülahizələrini diqqətə çatdırıblar.

Qeyd edək ki, AMEA Rəyasət Heyəti aparatının idarə, şöbə və elmi bölmələrinin əməkdaşlığı üzrə nəzərdə tutulmuş Fəaliyyət planında dövlət proqramlarının icrasından irəli gələn məsələlər, işğaldan azad edilmiş ərazilərlə əlaqəli fəaliyyət, elmi-təşkilati fəaliyyətin idarə olunması və təşkilində onlayn texnologiyalardan istifadənin genişləndirilməsinə dəstək, elmi gənclik, xarici elmi təşkilatlarla əməkdaşlıq, elmi diasporla əlaqələr və s. kimi prioritet istiqamətlər öz əksini tapacaqdır.