Новости
MEK Rusiya Elmlər Akademiyası ilə kitab mübadiləsi həyata keçirib
Фев 05, 2021 | 14:00 / Публикации
Прочитано 2031 раз (-а)

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Rusiya Elmlər Akademiyası ilə kitab mübadiləsi həyata keçirib.

Mübadilə çərçivəsində “Азербайджанские миниатюры”, “Баку – страницы истории”, “Градостроительство и архитектура Азербайджана XIX – начала XX века”, “Бакинские архитекторы конец XIX – начала XX века”, “Нахчыванское ханство”, “Старая Шуша” kitabları MEK-in direktoru, professor Məmməd Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Yekaterinburqda olan Baş Konsulu İlqar İsgəndərov vasitəsilə Rusiya Elmlər Akademiyasının Ural və Sibir şöbələrinə təqdim edilib.

Xatırladaq ki, MEK mübadilə fondunda saxlanılan kitabları yerli və beynəlxalq akademik qurumlara, təşkilatlara, kitabxanalara, universitetlərə və s. təqdim edir.