Новости
"Vikipediya"da şəhidləri haqqında məqalələr yaradılıb
Янв 18, 2021 | 10:18 / Интересная информация
Прочитано 2205 раз (-а)

Biləsuvar rayonunda yaradılan “Vikipediya” qrupu fəaliyyətini uğurla davam etdirir. Biləsuvarlı gənclər də bu işə öz töhfəsini verir, “Vikipediya”da məqalələrin zənginləşdirilməsində könüllü kimi fəaliyyət göstərirlər. Vətən müharibəsində Biləsuvar rayonunun qəhrəmancasına həlak olan 69 şəhidi haqqında məqalə yaradıblar.

“Otuz ilə yaxın işğal altında olan torpaqlarımızın bu gün mərd, qəhrəman Azərbaycan oğulları tərəfindən erməni işğalından azad olunması hər birimizi qürurlandırır. Məqsədimiz qəhrəman Vətən oğullarının xatirəsini "viki"ləşdirmək və onlar haqqında məlumatları gələcək nəsillərə çatdırmaqdır. Bu, çox həssas mövzudur. Ölkəmizin ərazi bötövlüyü və Vətənimizin müdafiəsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmağı özlərinə ən böyük şərəf sayan oğullarımızı tanıtmaq isə hər birimizin vətəndaşlıq borcu olmalıdır”, - deyə E.Eltürk qeyd edib.

Qeyd edək ki, Biləsuvar rayonunda "viki" könüllülər qrupu Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun təşəbbüsü ilə yaradılıb.