Новости
Bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq gələn il aprelin 5-dək tam sığortalanır
Дек 26, 2020 | 13:00 / Важные события
Прочитано 2180 раз (-а)

Bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq gələn il aprelin 5-dək tam sığortalanır.

Trend xəbər verir ki, Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Dəyişikliyə əsasən, faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan fondun iştirakçı bankları tərəfindən 2021-ci il aprelin 5-dək tam sığortalanır.

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” Qanun 2016-cı il yanvarın 19-da qüvvəyə minib və bütün qorunan əmanətlərin həmin gündən etibarən 4 il 9 ay müddətində tam sığortalanması nəzərdə tutulurdu.