Новости
TƏBİB-dən evdə müalicə olunan koronavirus xəstələrinə xəbərdarlıq
Дек 10, 2020 | 12:00 / Интересная информация
Прочитано 2172 раз (-а)

Bu gün COVID-19 xəstələrinin böyük hissəsi evlərdə izolyasiya olunub, amma onlar buna nə dərəcədə əməl edirlər?! Düzdür, bu xəstələrin evdən çıxmaq qadağası var, amma onlar ev daxilində olsa belə, izolyasiya qaydalarına düzgün əməl edirlərmi? Bunların özü də sual altındadır.

Bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupun üzvü Nəzrin Mustafayeva deyib.

Onun sözlərinə görə, dünyada yoluxma sayında baş verən artım fonunda ölkəmizdə də yoluxma sayında artım müşahidə olunmaqdadır.

"Təbii ki, bu, havaların soyuması, fəsillərin dəyişməsi ilə əlaqədardır. Amma artım tendensiyası belə davam edərsə, yoluxma sayı getdikcə çoxalacaq. Bu gün koronavirusa yoluxan 2000 xəstənin hər biri bir neçə nəfərlə kontaktda olur. Buna görə də yoluxma sayı artmaqda davam edir”.

TƏBİB rəsmisi qeyd edib ki, evdə müalicə olunan xəstələrin hər bir ailə üzvü növbəti günlər üçün potensial xəstə hesab olunur. Bu səbəbdən də evdə müalicə alan koronavirus xəsətəsi özünü digər ailə üzvlərindən maksimum təcrid etməli, izolyasiya qaydalarına riayət etməlidir.