Новости
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun alimləri bu il 11 patent alıblar və onların 75 məqaləsi Web of Science və Scopus bazalarında referatlaşan jurnallarda dərc olunub.
Ноя 26, 2020 | 12:00 / Конференции, собрания
Прочитано 2502 раз (-а)

AMEA-nın Kataliz və Qeyri-üzviKimya İnstitutunun Elmi Şurasında 2020-ci il üzrə şöbə və laboratoriyaların elmi və elmi-təşkilati yekunlarına həsr olunan hesabatları dinlənilib.

İclası AMEA-nın vise-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev açaraq iclas iştirakçılarına gündəlikdə duran məsələlər barədə məlumat verdi. Akademik bildirdi ki, koronavirus pandemiyası ilə əlaqədar cari ilin əksər hissəsi xüsusi karantin rejiminə təsadüf etməsinə baxmayaraq institut əməkdaşlarının fəaliyyəti bu il qənaətbəxş olub. Belə ki, 2020-ci ilin 11 ayı ərzində institut əməkdaşlarının 90-dan çox məqaləsi Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan dövri elmi nəşrlərdə, o cümlədən onlardan 75-i Web of Science (65) və Scopus (10) bazalarında dərc olunmuşdur.

İl ərzində əməkdaşların 7 monoqrafiya nəşr edilmişdir . Alim bildirdi ki, cari ildə İnstitut üzrə 7 mühüm elmi nəticə əldə edilmişdır ki, bunlar da yaxın zamanlarda AMEA Kimya Elmləri Bölməsinə təqdim olunacaq. Akademik qeyd etdi ki, institut əməkdaşların apardıqları elmi tədqiqatların nəticələrinə aid məqalələrə cari ildə 800-dən çox istinad olunub. Hesabat dövründə institutun elmi işçiləri 11 patent alıblar.

Sonra Elmi Şurada laboratoriya və şöbə rəhbərlərinin hesabat məruzələri dinlənildi və müzakirə edildi.

Akademik Dilqəm Tağıyev hesabatlar haqqında təklif və tövsiyələrini verdi. Alim bildirdi ki, növbəti illərdə fundamental işlərlə yanaşı tətbiqi xarakterli elmi-tədqiqat işlərinə üstünlük verilməli, kadr hazırlığına ciddi fikir verilməli, doktorant və dissertantlara verilən mövzular perspektivli sahələri əhatə etməlidir.

Sonda dinlənilən hesabatlar qənaətbəxş hesab edilərək qəbul olundu.