Новости
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının məqaləsi “Web of Science” bazasında indeksləşən jurnalda dərc olunub.
Ноя 25, 2020 | 12:00 / Публикации
Прочитано 235 раз (-а)

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, İnstitutun Elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, İnstitutun aparıcı elmi işçiləri Dünya Babanlı və Faiq Məmmədov, AMEA-nın Fizika İnstitutunun laboratoriya müdiri, professor İmadəddin Əmiraslanovun növbəti məqaləsi “Web of Science” bazasında indeksləşən, İsveçrədə “Springer Nature Switzerland” nəşriyyatının “Russian Journal of Inorganic Chemistry” jurnalında dərc olunub.

Yeni funksional xassəli materialların axtarışı uyğun mürəkkəb sistemlərin tədqiqi, həmin sistemlərdə faza tarazlıqlarının öyrənilməsini zəruri edir. Bu baxımdan məqalə FeSe - Ga2Se3 - In2Se3 sistemindəki faz tarazığının tədqiqinin nəticələrinin şərhinə həsr olunmuşdur. Qeyd olunan sistemin bir sıra politermik kəsiklərinin, izotermik kəsiyinin 1000K-də faza diaqramı, həmçinin likvid səthinin proyeksiyası qurulmuş, nonvariant və monovariant tarazlıqların tipi və koordinatları təyin edilmişdir. İkili və üçlü (FeGa2Se4, FeIn2Se4) birləşmələr əsasında getiş qatılıqda həllolma sahələrinin olduğu müəyyən edilmişdir. Alınan dəyişən tərkibli fazalar müasir elektrotexnika üçün perspektivli material sayıla bilən yeni maqnit materiallarının hazırlanmasında istifadə oluna bilər.

F. M. Mamedov, D. M. Babanly, I. R. Amiraslanov, D. B. Tagiev, M. B. Babanly. Physicochemical Analysis of the FeSe–Ga2Se3–In2Se3 System. Russian Journal of Inorganic Chemistry, 2020, Vol. 65, No. 11, pp. 1747–1755.

DOI: 10.1134/S0036023620110121