Новости
“Biofiziki və bioüzvi kimya” adlı kitab çapdan çıxıb
Ноя 17, 2020 | 17:00 / Публикации
Прочитано 247 раз (-а)

AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev və Azərbaycan Tibb Universitetinin müəllimi, k.ü.f.d.  Çimnaz İsmayılovanın “Biofiziki və bioüzvi kimya” adlı kitabı çapdan çıxıb.

Biofiziki və bioüzvi kimya elminin son illərdə sürətlə inkişafı, yeni elmi məlumatlarla zənginləşməsi, eləcədə təhsil sahəsində aparılan islahatlar bu fənnin müasir tələblərə cavab verən səviyyədə tərtib edilməsini zəruri etmişdir.  Adı çəkilən fənndən müxtəlif dillərdə yazılmış irihəcmli dərsliklərin kifayət qədər çox olmasına baxmayaraq, azərbaycan dilində təhsil alan tələbələrin mövcud proqramı əhatə edən yığcam və tibb ixtisası yönümlü dərsliyə ehtiyacları çox böyükdür. Bunu nəzərə alaraq “Biofiziki və bioüzvi kimya” dərsliyinin hazırlanması məqsədəuyğun hesab edilmişdir. Dərslikdə üzvi birləşmələrin dərman maddələri kimi istifadə olunan siniflərinə daha çox yer verilmiş, bioloji fəallıq göstərən və canlı orqanizmlərdə gedən prosesləri molekulyar səviyyədə başa düşməyə imkan verən üzvi birləşmələrə diqqət artırılmışdır.

Dərslik Tibb Universitetinin tələbələri üçün nəzərdə tutulsa da, ondan kimyaçılar, elmi işçilər, magistr və  doktorantlar, bioloğiya istisasına yiyələnən tələbələr  də istifadə edə bilər.