Новости
Yüksək Texnologiyalar Parkı cəbhədə döyüşən əməkdaşlarının ailələrinə yardım edib
Окт 28, 2020 | 11:00 / Важные события
Прочитано 2289 раз (-а)

Müharibənin başladığı ilk günlərdən etibarən qəhrəman ordumuza müxtəlif formalarda dəstəyini nümayiş etdirən AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) hazırda cəbhə bölgəsində düşmənə qarşı döyüşən, ərazi bütövlüyümüzün bərpası üçün mübarizə aparan əməkdaşlarının ailələrinə yardım edib.

Belə ki, əks-hücum əməliyyatlarında könüllü iştirak edən YT Parkın və onun rezidenti Təcrübə-Sənaye Zavodunun əməkdaşlarının ailəsinə bir aylıq əməkhaqqı miqdarında maddi yardım olunub.

Qeyd edək ki, bundan öncə YT Park və onun rezidenti Təcrübə-Sənaye Zavodu Milli Ordumuza dəstək təşəbbüsünə qoşulub, tibb məntəqələri və hərbi hissələrə çox sayda zəruri tibbi ləvazimatlar, eləcə də zavodun istehsal etdiyi mühərrik və sürtkü yağlarından ibarət yardım göndərib.