Новости
Ordumuz onlarla ərazini azad edib, bu qədər irəlilədi: ZƏFƏRƏ AZ QALDI - General-mayor DETALLARI AÇDI
Окт 08, 2020 | 11:52 / Важные события
Прочитано 2270 раз (-а)

“Azərbaycan ordusu cəbhənin müxtəlif istiqamətlərindən irəliləməyə davam edir. Əvvəlcə düşmənin atəş nöqtələrini zərərsizləşdiririk”.

Bunu “Hürriyət”ə özəl açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi Hüseyn Mahmudov bildirib.

Polkovnik-mayor 27 sentyabrdan bəri Ermənistan ordusuna vurulan ziyanları da açıqlayıb: “Bu günə qədər 250 tank, zirehli texnika, 270 top və raket sistemi, 60 hava hücumundan müdafiə sistemi, 11 komanda-müşahidə mərkəzi, 150 piyada maşını, 7 sursat anbarı, 10 idarəetmə mərkəzi və 1 S-300 hava hücumundan müdafiə sistemi məhv edilib”.

H.Mahmudov ordumuzun bu ana qədər 27 km irəliləyiş təmin etdiyini vurğulayıb: “27 yaşayış məntəqəsini düşməndən təmizlədik. Ermənistan ordusu cəbhədə bizə qarşı dayana bilmədi. Çox sayda mövqelərini qoyub qaçdılar. Biz vətən uğrunda döyüşürük Qarabağ və işğal altındakı bütün torpaqlarımız azad olunana qədər də dayanmayacağıq. Zəfərə az qaldı”.

General-mayor cəbhədə Türkiyənin Pilotsuz Uçuş Aparatları və Silahlı Pilotsuz Uçuş Aparatlarının Azərbaycan ordusunun gücünə güc qatdığını qeyd edib: “Türkiyədən aldığımız və Azərbaycan ordusunun arsenalına daxil olan bu silahlar ordumuzun döyüş qabiliyyətini artırıb. Havadan müdafiə sistemimizə böyük töhfəsi olub”.

Nazirlik rəsmisi Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə sadəcə ermənilərlə deyil, həm də terrorçularla mübarizə apardığını diqqətə çatdırıb: “Cəbhəyə Liviya, Suriyadan terrorçu daşıyıblar. Kimi gətirirlərsə-gətirsinlər, Azərbaycan ordusunu dayandırmayacaqlar. Ermənistan bölgəni terror yuvasına çevirmək istəyir. Amma biz Ermənistan əsgərlərini də, onlara dəstəyə gələnləri də Qarabağdan təmizləyəcəyik”.