Новости
“CHEMICAL PROBLEMS” JURNALI RSCI-də İMPAKT FAKTOR ALMIŞDIR
Сен 18, 2020 | 13:04 / Важные события
Прочитано 2495 раз (-а)

08 sentyabr 2020-ci il tarixdə Rusiya Elmi İstinadların İndeksləşməsi  (ingiliscə RSCI) bazası 2019-cu il üçün RSCI-yə daxil olan jurnalların impakt faktorunu və 40-dan çox parametr üzrə hər bir jurnalın bibliometrik nəticələrini elan etmişdir.

“Kimya Problemləri” (“Chemical Problems”) jurnalı 2015-ci ildən RSCI bazasına daxil olmuş və 2017-ci ildən bu bazada indeksləşdirilir.2018-ci ildən isə RSCI-nin nüvəsinə daxil olmuşdur. RSCI-nin nüvəsinə REA-nın, MDU, Şərqi Avropa və MDB-nin bəzi nüfuzlu elmi jurnalları daxildir. 2020-ci ildə RSCI-nin elan etdiyi nəticələrə geniş şərh vermədən “Kimya Problemləri” jurnalının RSCI analiz parametrləri üzrə nəticələrini əks etdirən cədvəl təqdim olunur.  (https://www.elibrary.ru/title_profile.asp?id=58063).

RSCI-nin 2020-ci ildə 2019-cu il üçün elan etdiyi jurnalların müqayisəli təhlili ilə aşagıdakı linkdə tanış ola bilərsiniz. RSCI-yə daxil olan Kimya jurnalları sırasında “Kimya Problemləri” jurnalın inkişaf dinamikası aşağıdakı cədvəldə verilmişdir (https://www.elibrary.ru/titles_compare.asp).

Qeyd etmək lazımdır ki, 2018-ci ilə nisbətən 2019-cu ildə “Kimya Problemləri” jurnal 30 pillə irəliləyərək, 77-ci yerdən 47-ci yerə yüksəlmişdir.

 

İllər

RSCI nin nüvəsinə daxil olan jurnalların sayı

Chemical Problems jurnalının bu sırada yeri

İmpakt faktor

2017

83

76

0,103

2018

87

77

0,110

2019

81

47

0,306