Новости
ÜST-dən peyvəndlə bağlı KRİTİK AÇIQLAMA
Сен 07, 2020 | 10:20 / Интересная информация
Прочитано 2236 раз (-а)

Yeni tip koronavirusa qarşı çox sayda ümidverici peyvənd namizədi var. Amma bunlardan sadəcə effektiv və təhlükəsiz olanları istifadə ediləcək.

Bbu sözləri ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesus mətbuat konfransında deyib.

O bildirib ki, peyvənd müxalifliyinə dair fikirlərlə insanların beyinləri bulandırılmamalıdır. Peyvəndləmə ilə dünyada bir çox uşaq ölümlərinin qarşısı alınıb. Suçiçəyi xəstəliyi kimi problemlərin kökünün peyvəndlə qazındığını, Konqoda Ebola epidemiyasının peyvəndləmə ilə dayandırıldığını xatırladıb.

Qebreyesus milli birlik və qlobal müqavimət hərəkatı ilə koronavirus pandemiyasının bitə biləcəyini bildirib.