Июл 20, 2020 | 14:48 / Конференции, собрания
17 iyul 2020-ci ildə AMEA-nin Xarici Əlaqələr İdarəsinin və Xəzər Universitetinin birgə təşəbbüsü və təşkilatçılığı ilə effectiv biliyin, elmi-texnologi innovasiyaların transferi məsələlərinin mövcud durumu və istiqamətlərinin müzakirəsinə həsr olunmuş onlayn iclas keçirilmişdir. Tədbirdə müxtəlif elmi-tədqiqat qurumların nümayəndələri eləcədə, AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları da iştirak etmişlər. İclas iştirakçıları tərəfindən aşağıda göstərilən istiqamətlərdə müzakirələr aparılmışdır:
- texnologiyaların transferinin milli iqtisadi strategiya, əqli mülkiyyətin milli tənzimləmə və qorunma bazası ilə əlaqəsi,
- elmi tədqiqatların maliyyələşdirilmə strukturu, mövcud texnologiyaların transfer edilməsi bacarıqları və insan resursları,
- tədqiqat mərkəzi – universitet - sənaye əməkdaşlığı,
- dövlət tərəfindən maliyyələşdirilən tədqiqat işlərinin qiymətləndirilməsi,
- texnologiyaların transferi və əqli mülkiyyət hüquqlarının qeydiyyatı və qorunması məsələlərinə cavabdeh olan dövlət və özəl qurumların fəaliyyəti,
- ölkənin prioritet, güclü elmi tədqiqat sahələrinin rəqabət üstünlüyü yarada biləcək potensial texnologiyaların qiymətləndirilməsi,
- tədqiqat mərkəzlərinin innovativ elmi-texnoloji nəticələrinin istifadısində mövcud durumun qiymətləndirilməsi və yaxşılaşdırılması.
Qeyd olunan ətrafında geniş müzakirələr aparılmış və müvafiq qərarlar qəbul edilmişdir.