Новости
“Solar Orbiter” Günəşin yaxın məsafədən çəkilən ilk fotolarını Yerə göndərib
Июл 17, 2020 | 16:00 / Интересная информация
Прочитано 2302 раз (-а)

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, missiya iştirakçıları bu barədə Avropa Kosmik Agentliyinin (ESA) mənzil-qərargahında keçirilən online-brifinqdə məlumat veriblər.

“Fotoları əldə etdiyimiz üçün çox şadıq, lakin bu hələ başlanğıcdır. Missiyamız daxili Günəş sistemində səyahətini davam etdirəcək. Təxminən iki ildən sonra aparat Günəşə daha çox – 42 milyon kilometrə qədər yaxınlaşacaq. Bu, Günəşlə Yer arasında olan məsafədən dörd dəfə azdır”, - deyə missiyanın elmi rəhbəri Deniel Müller bildirib.

2020-ci il fevralın 10-da ABŞ-ın Kanaveral burnundan “Atlas V” daşıyıcı raketi vasitəsi ilə fəzaya çıxarılan “Solar Orbiter” NASA və ESA-nın birgə layihəsidir. Onun missiyası yeddi il üçün nəzərdə tutulub. Aparat bu müddət ərzində günəşin aktivliyini və qütblərini müşahidə edəcək. Missiya təxminən 1,5 milyard dollar həcmində qiymətləndirilir.

Zond altısı daim günəşə istiqamətlənən, digər dördü isə aparatın ətrafında mühitin vəziyyətini tədqiq edən on müxtəlif cihazla təchiz olunub. Bundan başqa, aparat istidən xüsusi müdafiə qalxanı sayəsində Günəşə 42 milyon kilometrədək yaxınlaşa biləcək.