Новости
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 219 mindən çox artıb
Июл 12, 2020 | 10:00 / Важные события
Прочитано 2361 раз (-а)

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 219 mindən çox artıb.

İyulun 11-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 219 983 nəfər yeni koronavirusa yoluxub, 5 286 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 12 322 395, ölənlərin isə 556 335 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 397 230 yoluxma və 279 857 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 888 850, ölənlərin sayı isə 202 837 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 255 977 yoluxma və 30 145 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.