Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda doktorluq imtahanları keçirilib
Июл 02, 2020 | 15:00 / Конференции, собрания
Прочитано 3933 раз (-а)

AMEA prezidentinin 12 iyun 2020-ci il tarixli “Yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Qeyri-üzvi kimya” və “Elektrokimya” ixtisasları üzrə doktorluq minimum imtahanı keçirilib.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyevin əmri əsasında, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının sədirliyi ilə imtahan komissiyası yaradılmışdır. Doktorantların bilikləri komissiya tərəfindən onlayn olaraq qiymətləndirilmişdir.