Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın onlayn iclası keçirilmişdir.
Июн 29, 2020 | 13:00 / Конференции, собрания
Прочитано 4065 раз (-а)

Bu gün AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi Şuranın onlayn iclası keçirilmişdir. İclası AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev açaraq qeyd etdi ki, COVID-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən zəruri qabaqlayıcı tədbirlər görülmüş, profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmış və 14 mart 2020-ci il tarixindən ölkə ərazisində sosial izolyasiya qaydaları tətbiq olunmuş, xüsusi karantin rejimi elan edilmişdir. İnstitut da, öz fəaliyyətini Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə uyğun olaraq qurmuşdur.

İnstitutunun pandemiya dövründə fəaliyyəti zamanı iş və laboratoriya otaqları mütəmadi olaraq dezinfeksiya olunmuş və işə çıxan əməkdaşlar qoruyucu maska, spirt və digər qoruyucu vsitələrlə təmin olunmuşdur. 2020-ci ilin ilk yarımilində İnstitutun elmi işçiləri karantin dövrünə qədər, yəni yanvar-mart ayları ərzində elmi-tədqiqat planına uyğun laboratoriya tədqiqatlarını yerinə yetiriblər, sonrakı dövrlərdə isə əməkdaşlar karantin dövründə aparılan elmi-tədqiqat işlərini emal etmiş və alınan nəticələr əsasında 30-a yaxın məqalə hazırlayaraq yerli və xarici jurnallara göndərmişlər. Qeyd olunan dövrdə institut əməkdaşlarının müxtəlif elmi jurnallarda 50-yə yaxın məqaləsi, o cümlədən 20-i xarici jurnallarda dərc olunub. Dərc olunan məqalələrdən 18-i Web of Science bazasına daxil olan impakt faktorlu jurnallarda (“Quantum materials”, “APL materials”, “Journal of organometallic chemistry”, “Journal of molecular liquids”, “Journal of physics D-applied physics”, “Semiconductors” və s.) yer alıb. 2020-ci ilin ilk yarım ilində İnstitut əməkdaşladının apardıqları elmi tədqiqatların nəticələrinə həsr olunan məqalələrə dünya alimləri tərəfindən 400-ə yaxın istinad olunub.

Daha sonra akademik gündəlikdəki digər məsələyə keçərək bildirdi ki, 2019-cu ilin qəbul planına əsasən İnstitutun doktoranturasına 6 nəfər (onlardan 4-ü fəlsəfə doktorluğu hazırlığı üzrə, 2-si elmlər doktorluğu hazırlığı üzrə), dissertanturasına isə 7 nəfər (onlardan 5-i elmlər doktorluğu hazırlığı üzrə, 2-si fəlsəfə doktorluğu hazırlığı üzrə ) qəbul olunmuşdur.Bu gün onların fərdi iş planlarının təsdiqi nəzərdə tutulmuşdur. Müzakirələrdən sonra doktorant və dissertantların fərdi iş planları təsdiq olundu.

Sonra İnstitutun elmi şurasının tərkibinin qismən dəyişdirilməsi haqqında qərar qəbul edildi.

Sonda akademik bir daha vurğuladı ki, institutun inzibatı binasında işçilərin Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə ciddi şəkildə əməl olunması təmin edilməli, işçilər arasında social məsafənin saxlanılması və qoruyucu maskalardan istifadə edilməsinə ciddi riayət olunmalıdır.