Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda I-ci kurs magistrantların imtahanları onlayn keçirildi.
Июн 25, 2020 | 15:00 / Конференции, собрания
Прочитано 3865 раз (-а)

Bu gün 25.06.2020-ci il tarixində AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda I-ci kurs magistrantlarının COVİD-19 pandemiyası ilə əlaqədar Respublikada elan olunmuş karantin rejiminin tələblərinə uyğun olaraq Zoom proqramı vasitəsilə “Qeyri-üzvi funksional materiallar”, ” Polimer sistemlərdə kataliz”, ”Molekullararası qarşılıqlı təsirin hesablanma üsulları” fənnlərindən onlayn imtahan keçirildi. Magistrantların bilikləri AMEA-nın müxbir üzvü, professor Məhəmməd Babanlı, kimya üzrə elmlər doktoru Nizami Zeynalov və kimya üzrə elmlər doktoru, professor Mirsəlim Əsədov tərəfindən qiymətləndirildi.