Новости
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda aztəminatlı ailələrə yardım göstərilib.
Июн 12, 2020 | 15:26 / Важные события
Прочитано 2498 раз (-а)

AMEA-nın Azad Həmkarlar İttifaqı və akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Həmkarlar Təşkilatı tərəfindən koronavirus pandemiyası ilə əlaqədar institutun ehtiyacı olan aztəminatlı əməkdaşlarına ərzaq yardımı göstərilib. AMEA-nın Azad Həmkarlar İttifaqı və İnstitut rəhbərliyinin iştirakı ilə müəssisədə çalışan aztəminatlı ailələrdən olan əməkdaşlara sosial məsafənin gözlənilməsivə qoruyucu maskalardan istifadə şərti ilə ərzaq yardımı təqdim olunub.

Yardımı paketinə 18 adda müxtəlif növ gündəlik təlabat üçün lazım olan ərzaq məhsulları daxil edilib.