Новости
İnstitutun əməkdaşlarının "Hopping Thermoelectric Power in TlCrS2" məqaləsi Impakt Faktorlu (CA) Inorganic Materials jurnalında dərc olunmuşdur
Июн 05, 2020 | 11:00 / Важные события
Прочитано 2412 раз (-а)

Müəyyən edilmişdir ki, aşağı temperaturda (80-190 K) TlCrS2 kristalda termo elektrik hərəkət qüvvəsi (termoEHQ) əmsalı qadaöan olmuş zonada lokallaşdırılmış vəziyyətlər vasitəsilə elektrik yükünün ötürülməsi üçün xarakterik olan a(Т) = (0.2T ̶ 13) μV / K qanuna uyğundur. Temperaturun 338-dən 370 K-a qədər artması ilə, icazə verilən zonada həyəcanlanan yük daşıyıcıları keçiricilikdə üstünlük təşkil etməyə başlayanda, termoEHQ əmsalı temperaturla tərs mütənasib olur. TlCrS2-də keçiriciliyin aktivləşdirilməsi enerjisinin temperatur əmsalı bu qymətlə γ = 2.06 × 10–4 eV/K müəyyən edilmişdir. TlCrS2-də lokallaşdırılmış vəziyyətlərin parametrləri müəyyənləşdirilmişdir.

TlCrS2-də Fermi səviyyəsinə yaxın olan sahədə lokallaşdırılmış vəziyyətlərin sıxlığı müəyyən edilmişdir: NF = 8.2 × 1019 eV-1∙sm-3. TlCrS2-də hesablanmış orta “hoppanma” məsafəsi 60 Å, Fermi səviyyəsinə yaxın olan sahədəki yük tutucu vəziyyətlərinin enerji yayılması isə ∆E = 0.027 eV idi. ∆E qiymətii TlCrS2-də “hoppanma”ların aktivləşmə enerjisinin ∆W = 0.026 eV qiymətləndirməsinə uyğundur. TlCrS2 qadağan olmuş zonada lokallaşdırılmış vəziyyətlərin təxmin edilən konsentrasiyası Nt = 2.2 × 1018 sm-3 idi.

"Hopping Thermoelectric Power in TlCrS2" S. N. Mustafaeva, S. M. Asadov, and A. I. Jabbarova, Inorganic Materials, 2020, Vol. 56, No. 4, pp. 333–337.