Новости
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu beynəlxalq elmi əlaqələrini genişləndirir
Июн 03, 2020 | 13:02 / Важные события
Прочитано 2489 раз (-а)

AMEA Kataliz və Qeyri-üzvi  Kimya İnstitutu ilə Rusiya Elmlər Akademiyası akademik A.V. Topçiyev adına Neft-Kimya Sintezi İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır.

Müqavilənin imzalanması Rusiya Elmlər Akademiyası akademik A.V. Topçiyev adına Neft-Kimya Sintezi İnstitutu direktoru kimya elmləri doktoru, professor A.L. Maksimov  və AMEA akademik M.F.Nağıyev adına  Kataliz və Qeyri-üzvi  Kimya İnstitutunun direktoru akademik  D.B.Tağıyev arasında əldə edilmiş  razılaşmalardan sonra baş tutmuşdur. Müqavilə üzrə müştərək elmi tədqiqat işlərinin aparılması, o cümlədən “Polimer-mineral hibrid sistemlər əsasında yeni funksional materialların, sorbentlərin və katalizatorların işlənməsi” mövzusu əsasında polimer-mineral sorbentlərin və katalizatorların sintezi və tədqiqi, həmçinin yeni kompozisiya materiallarının işlənməsi üçün polimer-mineral hibrid sistemlərin istifadə imkanlarının tədqiqi barəsində əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulmuşdur.