Новости
ÜST: Dünyada bir gündə koronavirusa rekord yoluxma qeydə alınıb
Мая 21, 2020 | 10:24 / Важные события
Прочитано 151 раз (-а)

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) pandemiyanın başlanğıcından dünyada koronavirusa ötən gün ərzində ən böyük sayda yoluxmanı qeydə alıb.

"Son 24 saat ərzində ÜST-ə koronavirusa pandemiyanın başlanğıcından ən yüksək birgünlük göstərici - 106 min yeni yoluxma haqqında məlumatlar daxil oldu. Bu yoluxma hallarının demək olar üçdə ikisi dörd ölkədə qeydə alınıb", - ÜST təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesusa istinadən “Twitter”də bildirib.

Lakin söhbətin virusa ən çox yoluxma hallarının qeydə alındığı hansı ölkələrdən getdiyi açıqlanmır.

ÜST rəhbəri vurğulayıb ki, dünya ictimaiyyəti "hələ COVID-19 pandemiyası ilə uzun yol keçməlidir".

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.