Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn formada davam etdirilir
Мая 14, 2020 | 12:06 / Конференции, собрания
Прочитано 3924 раз (-а)

Koronavirus pandemiyası ilə əlaqədar Respublikada elan olunmuş karantin dövrünün tələblərinə uyğun olaraq Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların dərsləri onlayn davam etdirilir. Bu gün “Fiziki kimya”, Qeyri-üzvi kimya”, “Kompozisiya materiallar; kimyası” ixtisaslarında təhsil alan I kurs magistrantlara tədris planlarında nəzərdə tutulan “Müasir fiziki-kimyəvi tədqiqat üsulları" fənnindən akademik Əjdər Məcidov, "Qeyri-üzvi funksional nanomateriallar" fənnindən dosent Leyla Məşədiyeva, "Kompozit materiallar" fənnindən dosent Ülviyyə Məmmədova və "Kimyada hesablama metodları və proqramlaşdırma" fənnindən  dosent Manaf Manafov tərəfindən dərslər onlayn rejimdə tədris olunmuşdur.