Новости
Dünyada koronavirusa yoluxanların sayı 4 milyon nəfəri keçib
Мая 09, 2020 | 17:00 / Важные события
Прочитано 2468 раз (-а)

Dünyada koronavirusa yoluxanların sayı 4 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, mayın 9-dək 4 014 331 nəfər virusa yoluxub.

Yoluxanların təxminən 33 faizi ABŞ-da qeydə alınıb. Bu ölkədə 1 322 163 nəfərdə virus aşkarlanıb. Onlardan 78 min nəfərdən çoxu ölüb.

Dünyada koronavirusa yoluxanlardan 1 387 181 nəfəri sağalıb. 276 237 nəfəri isə virusun qurbanı olub.