Новости
Moskva Dövlət Universitetinin elmi jurnallarına sərbəst giriş elan olunur
Апр 22, 2020 | 16:44 / Публикации
Прочитано 2750 раз (-а)

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti öz nəşriyyatının 27 elmi jurnalına pulsuz giriş elan edir.

15 may 2020-ci il tarixinədək elibrary.ru platformasında “Moskva Universitetinin Xəbərləri” və “Moskva Təbiəti Sınayanlar Cəmiyyətinin Bülleteni” seriyalarının jurnallarında 25 mindən çox elmi məqalə ilə ödənişsiz tanış olmaq mümkündür. Bu jurnallarda, həmçinin PDF formatlı məqalələrin tam mətninə giriş sərbəstdir.

Moskva Dövlət Universitetinin rəhbərliyi ümid edir ki, bu addım özünütəcrid dövründə elmi fəaliyyətin davam etdirilməsinə xidmət edəcək.

Jurnalların siyahısını poisknews.ru saytından əldə etmək olar.