Новости
Virusun yeni potensial daşıyıcısı aşkar edilib
Апр 17, 2020 | 09:00 / Интересная информация
Прочитано 2538 раз (-а)

Yay mövsümünün yaxınlaşması ilə şəhərlərdə qovaq ağacının tozu virusun potensial daşıyıcısı ola bilər.

Trend-in məlumatına görə, bunu rusiyalı immunoloq-allerqoloq Nadejda Logina deyib.

O bildirib ki, tozun yayılması insanlarda allergik xəstəlikləri artırır və bu insanlar risk qrupuna düşə bilər. 

Qeyd olunur ki, yaz-yay mövsümündə sakinlərin təxminən 20 faizi ağac tozuna görə allergiyadan əziyyət çəkir.