Новости
Dünyada koronavirusa yoluxanların sayı 2 milyonu keçdi
Апр 15, 2020 | 10:10 / Важные события
Прочитано 2479 раз (-а)

Dünyada koronavirusa yoluxanların sayı 2 milyon nəfəri keçib.

Trend-in məlumatına görə, son sutka ərzində 76 mindən çox yoluxma qeydə alınıb.

Ümumilikdə COVID-19-a yoluxanların sayı 2 milyon 231 nəfərə çatıb.

Yoluxma və ölüm sayına görə ABŞ liderlik edir. Bu ölkədə 614 mindən çox yoluxma, 26 mindən çox ölüm qeydə alınıb.

İspaniyada 174 mindən çox yoluxma, 18 mindən çox ölüm, İtaliyada isə 162 mindən çox yoluxma, 21 mindən çox ölüm qeydə alınıb.

Ümumilikdə dünyada 126 758 nəfər koronavirusun qurbanı olub.