Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II Beynəlxalq elmi konfransın “Tətbiqi kimyanın müasir problemləri” üzrə təqdimatlar dinlənilib.
Мар 04, 2020 | 17:00 / Конференции, собрания
Прочитано 4331 раз (-а)

Xəbər verildiyi kimi martın 3-də AMEA Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II Beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Martın 4-də Konfrans öz işini 5 elmi seksiya üzrə davam etdirib. Kataliz və qeyri-üzvi Kimya İnstitutunda “Tətbiqi kimyanın müasir problemləri” istiqaməti üzrə təqdimatlar dinlənilib. İstiqamət üzrə məruzə ilə çıxış edən gənc mütəxəssislərin kimyanın müxtəlif perspektivli mövzuları üzrə məruzələri dinləyicilərin böyük marağına səbəb olub və geniş müzakirələr aparılıb.

Elmi konfrans gənc tədqiqatçıların öz elmi nəticələrini ictimaiyyətə təqdim etməsi, onların beynəlxalq elmi əməkdaşlıq proseslərində iştirakı baxımından böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun maliyyə dəstəyi ilə baş tutan konfrans AMEA-nın 75 illiyinə həsr olunub.