Новости
Фото
Elmi seminar keçirilmişdir
Фев 24, 2020 | 14:48 / Конференции, собрания
Прочитано 4322 раз (-а)

24.02.2020-ci il tarixində Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda fəaliyyət göstərən ED 1.15 Dissertasiya şurasının nəzdində 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə elmi seminarın iclası keçirilmişdir. Elmi seminarda AMEA Gəncə şöbəsinin doktorantı Abbasova Vüsalə Akif qızının 2303.01- “Qeyri-üzvi kimya” ixtisası üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Cu2X-Ag2X-GeX2 (X-S, Se) sistemlərində faza tarazliqlari və araliq fazalarin bəzi fiziki-kimyəvi xassələri” mövzusunda dissertasiya işininin təqdimatı olmuşdur. İclasda elmi seminar sədri k.e.d., dos. A. Əliyev, elmi katibi k.ü.f.d., dos. L.Məşədiyeva, üzvləri k.e.d., dos. D. Əjdərova, k.e.d., prof. F.Sadıqov, k.ü.f.d., dos. Q. Cəfərov, k.ü.f.d., dos. F.Cəlaləddinov, k.ü.f.d., dos. S. İmaməliyeva, doktorantın elmi rəhbəri AMEA m/ü, prof. M.Babanlı və başqaları iştirak etmişlər. Elmi seminarda doktoranta iştirakçılar tərəfindən verilən suallar onun tərəfindən ətraflı cavablandırılmışdır. Sonra doktorantın dissertasiya işinin müdafiəyə tövsiyə edilməsinə dair elmi seminarın üzvləri tərəfindən gizli səsvermə keçirilmişdir. Səsvermənin müsbət nəticəsinə əsaslanaraq dissertasiya işi əsas müdafiəyə tövsiyə edilmişdir.