Новости
Atmosferdə oksigenin miqdarı 2 dəfə artsa nə baş verər ?
Фев 01, 2020 | 10:35 / Интересная информация
Прочитано 1080 раз (-а)

Biz gün ərzində təxminən 23000 dəfə nəfəs alırıq. Bu zaman beynimiz və bədən hüceyrələrimiz üçün tələb olunan oksigeni əldə edirik. Bu oksigenin nə üçün lazım olduğu barədə əvvəlki postlarımızda danışmışıq.

Yer atmosferinin təqribən 78 %-i azotdan, 21%-i isə oksigendən ibarətdir. Heç düşünmüsünüzmü, əgər oksigen bu miqdardan məsələn, 2 dəfə artıq olsa yerdə yaşayan canlılarda hansı dəyişikliklər baş verər ?

İlk olaraq diqqətinizi çəkən o olacaq ki, həşəratlar nəhəng ölçülərə qədər böyüyəcəklər. Əksər həşəratlar traxeya adlanan borucuqlar vasitəsilə tənəffüs edirlər. Alimlərin fikrincə, atmosferdə oksigenin miqdarı daha çox olarsa, bu traxeyalara da daha çox oksigen daxil olacaq və nəticədə hörümçəklər, böcəklər daha iri ölçülərə qədər böyüyəcəklər. Təxminən 300 milyon il bundan qabaq Yer atmosferində 30 % oksigen olub. Həmin dövrdə həşəratlar indikindən qat-qat böyük olublar. O zaman cırcıramalar şahin böyüklüyündə, bəzi hörümçəklər isə kiçik quşlar öçüsündə olublar. İndi təsəvvür edin ki, oksigen o dövrdə olan miqdardan da artıq olsa (təxminən 41-42 %) onda həmin həşəratlar da fantastik ölçülərdə olarlar.