Новости
Фото
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Янв 16, 2020 | 13:00 / Конференции, собрания
Прочитано 1268 раз (-а)

Yanvarın 16-də AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş nitqiylə açan İnstitutun Elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 20 Yanvar hadisələrinin baş verməsinin səbəbləri və nəticələri haqqında məlumat verib, bu qanlı hadisənin Azərbaycanın azadlıq mübarizəsi tarixində şərəf və qəhrəmanlıq səhifələrindən biri olduğu xüsusi vurğulayıb. Natiq qeyd edib ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinə öz möhürünü vurmuş bir gün idi. 1990-cı il yanvarın 19-dan 20-sinə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri və zirehli texnikası əhaliyə fövqəladə fəziyyətin elan olunması barədə heç bir xəbərdarlıq etmədən Bakı və Sumqayıt şəhərlərinə, eyni zamanda, Azərbaycanın bir çox şəhər və rayonlarına yeridilib, nəticədə milliyyətindən, yaşından asılı olmayaraq, günahsız mülki şəxslər, hətta həkimlər amansızcasına qətlə yetirilib. Faciənin ertəsi günü ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etmişdi.

Sonra İnstitutun Həmkarlar təşkilatının sədri professor Arif Əfəndi, laboratoriya müdiri professor Fikrət Sadıqov və başqaları 20 yanvar hadisələri haqqında danışdılar və qeyd etdilər ki, Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq! Müstəqillik yolunda canlarını qurban vermiş mərd oğul və qızlarımız həyat durduqca qəlbimizdə yaşayacaqlar.