Новости
“Elmi dərəcələrin verilməsi qaydalarında yeniliklər” mövzusunda seminar keçirilmişdir
Дек 19, 2019 | 13:15 / Конференции, собрания
Прочитано 2874 раз (-а)

19 dekabr 2019-cu il tarixində AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda  doktorant və dissertantlar  üçün  “Elmi dərəcələrin verilməsi qaydalarında yeniliklər” mövzusunda seminar keçirilib.

Seminarı açıq elan edən AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru akademik Dilqəm Tağıyev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”ni  2019-cu il 11 iyun tarixli Fərman ilə təsdiq etmişdir. Həmin əsasnamədə fəlsəfə doktorluğu və elmlər doktorluğu dissertasiyalarına qoyulan tələblərdə xeyli yeniliklər vardır. Akademik  yeniliklərin əsas məqamlarını iştirakçıların diqqətinə çatdırdı.

Sonra  akademik  bildirdi ki, Ali Attestasiya Komissiyasının 15 noyabr 2019-cu il tarixli qərarı ilə İnstitutda “Kimyəvi kinetika və Kataliz”- 2316.01, “Qeyri-üzvi kimya”-2303.01 ixtisasları üzrə Dissertasiya Şurası yaradılmışdır. Həmçinin, İnstitut   rəhbərliyinin əmri ilə Şuranın nəzdində hər iki ixtisas üzrə ayrı- ayrılıqda tərkibi 7 nəfərdən ibarət olan Elmi seminar yaradılmışdır. Akademik qeyd etdi ki, hazır dissertasiyalar yeni qaydalara uyğun yenidən işlənməlidir.

Daha sonra akademik doktorant və dissertantlarıın suallarını cavablandırdı və onları maraqlandıran məsələləri izah etdi.