Новости
AMEA Azad Həmkarlar İttifaqı və AMEA Qadınlar Şurası “Gender bərabərliyi, əmək hüquqları və elm” mövzusunda tədbir keçirtmişdir.
Ноя 19, 2019 | 14:00 / Конференции, собрания
Прочитано 284 раз (-а)

19 noyabr tarixində AMEA Azad Həmkarlar İttifaqı və AMEA Qadınlar Şurasının birgə təşkilatçılığı ilə “Gender bərabərliyi, əmək hüquqları və elm” mövzusunda AMEA-nın əsas binasında tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə AMEA-nın akademik katibi, akademik Nərgiz Axundova açmışdır. Tədbirdə AMEA Azad Həmikarlar İttifaqının sədri professor Habil Qurbanov, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, institutların Qadınlar Şurasının və Həmkarlar İttifaqlarının sədrləri iştirak etmişlər.

Tədbirdə filalogiya üzrə fəlsəfə doktoru Mahrux Nəcəfli “Azərbaycan elminin gender mənzərəsi” və hüquq elmi üzrə fəlsəfə doktoru Bəhruz Kərimov “Azərbaycan Respublikası Əmək qanunvericiliyində qadın hüquqları” məruzələri ilə çıxış etmişlər.

Tədbirdə İnstitutumuzun Qadınlar Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru E.Qulu-zadə və laboratoriya müdiri, kimya üzrə elmlər doktoru E.Salahova da iştirak etmişlər.