Новости
ФотоВидео
Elmi Şurada 2019-cu il üzrə aparılan elmi-tədqiqat işlərinin nəticələri müzakirə edilib
Ноя 07, 2019 | 14:56 / Конференции, собрания
Прочитано 4306 раз (-а)

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Elmi Şurasının 2019-cu il üzrə aparılan elmi –tədqiqat işlərinin yekunlarına həsr edilmiş iclası keçirilmişdir.

İclası açıq elan edən AMEA- nın vitse-prezidenti, institutun direktoru, akademik Dilqəm Tağıyev bildirdi ki, ümumilikdə il ərzində institutda görülən elmi-tədqiqat işlərini qənaətbəxş hesab etmək olar. Belə ki, 2019-cu ilin 10 ayı ərzində institut əməkdaşlarının  100- ə yaxın məqaləsi Beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə (bazalarına) daxil olan jurnallarda dərc olunub. Onlardan 80-ə yaxını  Web of Science və Scopus bazalarına daxildir. İl ərzində 4 monoqrafiya nəşr edilmişdir ki, onlardan biri dünyaca məşur olan nüfuzlu “Teylor Francis Group” akademik nəşriyyatında çap olunmuşdur. Akademik Dilqəm Tağıyev bildirdi ki, cari ildə İnstitut üzrə 10 mühüm elmi nəticə əldə edilmişdır ki, bunlar da yaxın zamanlarda AMEA Kimya Elmləri Bölməsinə təqdim olunacaq. Bundan başqa cari ildə 3 tətbiqi işin biznes planı hazırlanmışdır.

Daha sonra akademik qeyd etdi ki, növbəti illərdə fundamental tədqiqatlarla yanaşı əsas güc Respublika iqtisadiyyatına fayda verə biləcək innovativ xarakterli elmi- tədqiqat işlərinin yerinə yetirilməsinə, filiz və tullantı filizlərdən səmərəli istifadə, alternativ enerji mənbələri, korroziya məsələləri və hidrotexniki qurğuların qorunması və s. məsələlərin  həllinə yönəldilməlidir, eləcə də kadr hazırlığına ciddi fikir verilməli, doktorant və dissertantlara verilən mövzular perspektivli sahələri əhatə etməlidir.