Новости
Фото
Elmi Şurada 2019-cu il üzrə hesabatların dinlənilməsinə start verildi.
Окт 10, 2019 | 10:00 / Конференции, собрания
Прочитано 4494 раз (-а)

Bu gün Elmi Şurada İnstitutun şöbə və laboratoriyalar üzrə elmi və elmi - təşkilati hesabatların dinlənilməsi başlandı. İclası AMEA-nın vitse-prezidenti, İnstitutun direktoru, akademik Dilqəm Tağıyev açaraq bildirdi ki, bu gün “Mineral xammalın kompleks emalı” və “Qeyri-üzvi funksional materiallar” şöbəsinin hesabatları dinləniləcək. Sonra qeyd olunan şöbələr üzrə 8 laboratoriyanın 2016- cı il üzrə apardıqları elmi-tədqiqat işləri, əldə olunan nəticələr, çap olunan işlər haqqında labioratoriya rəhbərlərinin, eləcədə baş və aparıcı elmi işçilərin məruzələri dinlənildi. Məruzələr ətrafında geniş müzakirələr aparıldı. Akademik Dilqəm Tağıyev hesabatlar barəsində və gələcəkdə görüləcək işlər haqqında tövsiyə və təkliflərini verdi. Sonda hesabatların qəbul olunması haqqında qərar qəbul edildi.