Новости
Фото
“Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi” laboratoriyasının müdiri ezamiyyətdə olmuşdur
Окт 07, 2019 | 14:45 / Конференции, собрания
Прочитано 4192 раз (-а)

AMEA M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 6 saylı “Fiziki-kimyəvi texnologiyalar və onların modelləşdirilməsi” laboratoriyasının müdiri k.ü.e.d., professor Mirsəlim Əsədov 01-04 oktyabr 2019-cu il tarixində Elmlər Akademiyalarının Beynəlxalq Assosiyasiyasının (EABA) illik iclasının Moskva şəhərində keçirilən sesiyasında EABA-nın büro üzvi kimi iştirak etmək üçün Moskvada elmi ezamiyətdə olmuşdur. 

O, EABA-ın Elektron Materialları Elmi Şurasının illik hesabat yığıncağında “2D və kvant materiallarının formalaşması nəzəriyyəsi və materialların xassələrinə xarici faktorların təsiri” adlı elmi məruzə ilə çıxış etmişdir.