Новости
Atmosferdə oksigenin miqdarı 2 dəfə artsa nə baş verər?
Июл 11, 2019 | 10:24 / Интересная информация
Прочитано 5940 раз (-а)

Biz gün ərzində təxminən 23000 dəfə nəfəs alırıq. Bu zaman beynimiz və bədən hüceyrələrimiz üçün tələb olunan oksigeni əldə edirik. 

Yer atmosferinin təqribən 78 %-i azotdan, 21%-i isə oksigendən ibarətdir. Heç düşünmüsünüzmü, əgər oksigen bu miqdardan məsələn, 2 dəfə artıq olsa yerdə yaşayan canlılarda hansı dəyişikliklər baş verər ?

İlk olaraq diqqətinizi çəkən o olacaq ki, həşəratlar nəhəng ölçülərə qədər böyüyəcəklər. Əksər həşəratlar traxeya adlanan borucuqlar vasitəsilə tənəffüs edirlər. Alimlərin fikrincə, atmosferdə oksigenin miqdarı daha çox olarsa, bu traxeyalara da daha çox oksigen daxil olacaq və nəticədə hörümçəklər, böcəklər daha iri ölçülərə qədər böyüyəcəklər. Təxminən 300 milyon il bundan qabaq Yer atmosferində 30 % oksigen olub. Həmin dövrdə həşəratlar indikindən qat-qat böyük olublar. O zaman cırcıramalar şahin böyüklüyündə, bəzi hörümçəklər isə kiçik quşlar öçüsündə olublar. İndi təsəvvür edin ki, oksigen o dövrdə olan miqdardan da artıq olsa (təxminən 41-42 %) onda həmin həşəratlar da fantastik ölçülərdə olarlar.

Oksigenin artması ilə insan orqanizminin də fiziki göstəriciləri yaxşılaşacaqdır. Siz daha sürətlə qaça biləcəksiniz və daha dözümlü olacaqsınız. Belə ki, daha çox oksigen daha çox enerji deməkdir.

Eyni zamanda siz daha diqqətli olacaqsınız. Oksigen artıqlığı qan dövranını yaxşılaşdıracaq. Həm də az xəstələnəcəksiniz.

Amma oksigenin artıq qəbulu bəzi problemlər də yarada bilər. Məsələn, oksigendən zəhərlənmə kimi. Ağciyərlər lazım olandan artıq oksigen qəbul etdikdə onun strukturu tədricən pozulacaq, görmə zəifləyəcək. Oksigen aktiv element olduğundan, onun təsiri ilə hüceyrələrdə sərbəst radikallar yaranacaq ki, bu da son nəticədə DNT zəncirinin quruluşunun dəyişməsi ilə nəticələnə bilər.

Atmosferdə oksigen çox olarsa, alışma prosesləri də daha tez-tez və sürətli baş verəcəkdir. Bu isə bütün dünya üzrə meşə yanğınlarına səbəb olacaq.

Planetimizə gəldikdə isə, onun kütləsi artacaq. Belə ki, oksigenin miqdarı çoxaldıqca Yer kürəsi də ağırlaşacaq. Tək atmosferdə deyil, həm də litosferdə oksigen artıqlığı yaranacaq. Nəticədə oksidləşmə prosesləri daha asan baş verəcək və su hövzələri (H2O) hidrogen peroksidə (H2O2) çevriləcək.

Hal-hazırda atmosferimizdə 21% oksigen var və bu bizə kifayət edir.