Новости
Direktor müavini AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı ezamiyyətdə olmuşdur
Июн 25, 2019 | 11:34 / Важные события
Прочитано 3212 раз (-а)

İnstitutun elmi işlər üzrə direktor müavini AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı 19.06.2019-cu il tarixdən 5 gün müddətinə İnstitutumuzun nəzdində fəaliyyət göstərən "Kvant kompütinqi və Spintronika üçün qabaqcıl materiallar" beynəlxalq laboratoriyasının Sankt-Peterburq Dövlət Universiteti ilə birgə aparılan elmi tədqiqatların nəticələrinin müzakirəsi və yaxın gələcək üçün əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədilə, eyni zamanda həmin Universitetdə keçirilən "Kimyəvi termodinamika Rusiyada" XII beynəlxalq elmi konfransda iştirak etmək və elmi məruzə ilə çıxış etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ezamiyyətdə olmuşdur.