Новости
ФотоВидео
Rəhbər Heyətin Mülki Müdafiə məşqi keçirilmişdir
Июн 21, 2019 | 14:54 / Конференции, собрания
Прочитано 5020 раз (-а)

Azərbaycan Milli Elmlər Akademiyası akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimyaİnstitutunun  2019-cu il üçün “Mülki Müdafiə tədbirlər planı”- na müvafiq olaraq 21 iyun 2019-cu il tarixində İnstitutun Rəhbər Heyəti ilə «Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili» mövzusunda Mülki Müdafiə məşqi keçirilmişdir.

Məşqin keçirilməsində məqsəd: Mülki Müdafiə planının reallığının, İdarəetmə və xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması; Rəhbər, komandir-rəis heyətinin fövqəladə hadisələr zamanı fəaliyyət üzrə biliklərinin təkmilləşdirilməsi olmuşdur.

Məşqə İnstitutun rəhbər heyəti, Fövqəladə Hallar Komissiyasının, Mülki Müdafiə qərargahının, Mülki Müdafiə  dəstələrinin komandir-rəis heyəti cəlb edilmişdir.

İnstitutda 21 iyun 2019-cu il tarixində Rəhbər Heyətin MM məşqinin təmin edilməsi məqsədilə İnstitutun  direktoru tərəfindən əmr verilib. Əmrin icrasına nəzarət İnstitutun Fövqəladə Hallar Komissiyasının sədrinə (M.Babanlı) həvalə edilib.

Məşqin yüksək səviyyədə hazırlanması və keçirilməsi məqsədi ilə: İnstitutun Mülki Müdafiə qərargah rəisi (İ.Əliyev) tərəfindən təqvim planı, Rəhbər Heyətin MM məşqinin keçirilməsi planı tərtib edilib, məşqin niyyət xəritəsi  hazırlanıb; İnstitutun Fövqəladə Hallar Komissiyasının sədri (M.Babanlı) məşqə cəlb edilən şəxsi heyəti təlimatlandırıb və konkret göstərişlər verib; Institutun Mülki Müdafiə planı məsul şəxslər tərəfindən aidiyyatı üzrə  dəqiqləşdirilib; Rabitə  və xəbərdarlıq vasitələrinin saz vəziyyətdə olması təmin edilib; Rəhbər Heyətin MM məşqinə cəlb edilən şəxsi heyət öz funksional vəzifələrini və aidiyyatı üzrə formalaşdırılmış iş, məlumat sənədlərini dəqiqləşdirib.

Məşqin keçirilmə planına müvafiq olaraq 21 iyun 2019-cu il tarixində saat 11.00-da məşq başlayıb.

Ümumiyyətlə qarşıya qoyulmuş məqsədə tam nail olunmuşdur.