Новости
Фото
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Kimya” ixtisası üzrə magistrantlar dissertasiya işlərini uğurla müdafiə ediblər
Июн 12, 2019 | 12:00 / Конференции, собрания
Прочитано 4779 раз (-а)

İyunun 11-də AMEA- nın Katalıiz və Qeyri–üzvi Kimya İnstitutunda  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 19.04.209-cu il tarixli F-19 saylı əmri və AMEA prezidentinin 19.04.2019-cu il tarixli 225 saylı sərəncamı ilə yaradılmış “Kimya”ixtisası üzrə “Nanomateriallar kimyası”, “Kimyəvi kinetika və kataliz”, “Qeyri-üzvi kimya”və “Fiziki kimya” ixtisaslaşmaları üzrə magistrlik dissertasiyalarının müdafiəsi üçün ixtisaslaşdırılmış Müdafiə Şurasının iclası keçirilmişdir. İclası magistrlik dissertasiyalarının müdafiəsi üçün ixtisaslaşdırılmış Müdafiə Şurasının sədri, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açaraq bildirdi ki, bü gün “Kimya” ixtisasını 4 ixtisaslaşmaları üzrə 8 magistr dissertasiya işlərini müdafiə edəcək.

Sonra 2019-cu tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantları dissertasiya mövzuları üzrə məruzə ilə çıxış edərək əldə etdikləri elmi nəticələri Şura üzvlərinin diqqətinə çatdırıblar və verilən sualları cavablandırıblar. Məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Sonda magistratların hər birinə müvafiq ixtisaslar üzrə magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib. Katalıiz və Qeyri–üzvi Kimya İnstitutunun magistrantları  Əşirov Gəray Mikayıl oğlu və Kərimova Nigar Azər qızı, Neft Kimya Prosesləri İnstitutunun magistrantı Əsədzadə Rüfət Nizami oğlu yüksək bal toplayaraq fərqlənmə diplomuna layiq görülüblər.