Новости
Фото
Direktor müavini AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı ezamiyyətdə olmuşdur
Мая 31, 2019 | 15:14 / Важные события
Прочитано 4950 раз (-а)

May ayının 18-25-də institutun elmi işlər üzrə direktor müavini AMEA m/ü, prof. Məhəmməd Babanlı Tübingen Universitetinin Qeyri-üzvi Kimya İnstitutunun Bərk cisim və nəzəri qeyri-üzvi kimya kafedrasının professoru H.-Jürgen Meyerin dəvəti ilə Almaniyada elmi ezamiyyətdə olmuşdur. DAAD proqramının sponsorluğu ilə baş tutan səfər zamanı topoloji izolyatorların kimyası sahəsində birgə tədqiqatların nəticələri və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilmişdir.