Новости
Fris Haber
Мая 27, 2019 | 12:24 / Интересная информация
Прочитано 2793 раз (-а)

Bu alman kimyaçı bütün dünyanın qida ilə təmin olmasına kömək etsə də, eyni zamanda ilk kimyəvi silahı yaradıb. Bu səbəbdən, onu çox vaxt “Kimyəvi müharibənin atası” adlandırırlar. 

Alim 1868-ci ildə Prusiyada yəhudi olaraq doğulmuşdur. Ancaq bütün həyatı boyunca özünü qatı Alman millətçisi kimi aparmışdır. Universitetdə kimya təhsili alan Haber, təhsilini bitirdikdən sonra doktorluq dissertasiyasını müdafiə etmişdir. Alman millətçisi kimi çıxış etməsinə baxmayaq, 1930-cu ildə Hitlerin hakimiyyətə gəlməsi nəticəsində, yəhudi keçmişi ucbatından ölkəni tərk etmiş və 1934-cü ildə İsveçrədə dünyasını dəyişmişdir. 

Alimin əsas fəaliyyəti azotun təsbit edilməsinə imkan verən kəşfi ilə bağlıdır. Onun ixtira etdiyi aparat azotu ammonyaka çevirirdi. Haberdən əvvəl alimlər ammonyak istehsal etməyi bacarmırdı. Ancaq onun ixtirası bu məsələni bir dəfəlik həll etdi. O, müharibə üçün zəhərli qazlar yaratmağa çalışırdı. Çünki, ammonyak partlayıcı maddələrin başlıca elementlərindən biri idi.

Müharibə dövründə zəhərli qazlardan istifadənin uğurlu olması Haberin vəzifəsinin yüksəldilməsinə səbəb oldu və 1-ci Dünya Müharibəsi dövründə Almanyanın “Zəhərli Qaz Müharibəsi” bölməsinin rəhbəri təyin edildi. Bu dövrdən sonra Haber qaz bombaları və xardal qazını ixtira etdi. Həmçinin, dünyadakı aclıq böhranına verdiyi faydaya görə 1918-ci ildə kimya üzrə Nobel Mükafatına layiq görüldü.